DÜNYA

Nursultan Nazarbayev Qazaxıstan Təhlükəsizlik Şurasına ömürlük başçılıq edəcək
31 MAY
252

Nursultan Nazarbayev Qazaxıstan Təhlükəsizlik Şurasına ömürlük başçılıq edəcək

2018-05-31 09:30:00

Qazaxıstan Senatının komitəsi Prezident Nursultan Nazarbayevin ölkənin Təhlükəsizlik Şurasına ömürlük sədrlik etməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Fins.az xəbər verir ki, layihəni Senatın Konstitusiya qanunvericiliyi, məhkəmə sistemi və hüquq-mühafizə orqanları üzrə Komitəsi hazırlayıb və qəbul edib. 

Qanun layihəsində qeyd olunub ki, Qazaxıstan Respuiblikasının birinci prezidentinin – Elbaşının tarixi missiyasına əsasən, Təhlükəsizlik Şurasına ömürlük başçılıq etmək ona məxsusdur.

Layihə Senatda da təsdiqlənməlidir. 

Qeyd edək ki, bir müddət əvvəl Qazaxıstan Məclisi (parlamentin Aşağı Palatası) ikinci oxunuşda Nursultan Nazarbayevin Təhlükəsizlik Şurasına ömürlük başçılıq etməsi barədə qanun layihəsinin təsdiqləmişdi. 

Eləcə də bax: İran ABŞ sanksiyalarına qarşı Avropa ilə danışıqlara başladı

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259