DÜNYA

Özbəkistan hökuməti aksiz dərəcəsinin artırılması ilə bağlı açıqlama verib
30 MAY
146

Özbəkistan hökuməti aksiz dərəcəsinin artırılması ilə bağlı açıqlama verib

2018-05-30 13:42:00
Ölkənin Maliyyə Nazirliyi tütün məhsullarına tətbiq edilən aksiz vergisinin dərəcəsinin artırılması və bunun nəticəsində ölkədə siqaretin qiymətinin 50 faiz artacağı ilə bağlı informasiyaları təkzib edib.

Fins.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, nazirliyin açıqlamasında bildirilib ki, 2018-ci il üçün aksiz vergisinin dərəcəsi Özbəkistan Prezidentinin 29 dekabr 2017-ci il tarixli sərəncamı ilə təsdiqlənib. Aksiz markalarının dərəcəsi 2018-ci il yanvarın 1-də artırılıb və onun yenidın artırılacağı barədə informasiya əsassızdır.

Qeyd edək ki, bundan bir qədər əvvəl 2018-cil büdcəsi ilə bağlı rəsmi proqnozda başqa məsələlərlə yanaşı, tütün məhsullarından və alkoqollu içkilərə tətbiq edilən aksiz markasının dərəcəsinin artırılacağı, eləcə də əmlak vergisinin azaldılacağı bildirilib.

Eləcə də bax: Rusiyaya qarşı sanksiyaların ləğv ediləcəyi vaxt açıqlandı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260