DÜNYA

ABŞ Çin istehsalı olan məhsullara gömrük rüsumu tətbiq etməkdə israrlıdır
30 MAY
190

ABŞ Çin istehsalı olan məhsullara gömrük rüsumu tətbiq etməkdə israrlıdır

2018-05-30 12:14:00

Mayın 20-də ABŞ-la Çin arasında ticarət müharibəsinə son qoyulması barədə razılıq əldə edilsə də, ABŞ Prezidenti Donald Tramp Çin istehsalı olan məhsullara gömrük rüsumu tətbiq etməkdə israrlıdır. 

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, söhbət 25%-lik xüsusi tarifdən gedir və onun hesabına formalaşacaq gömrük rüsumlarının ümumi dəyəri 50 mlrd. ABŞ dollarıdır. 

Rüsumlar Çin üçün əhəmiyyətli hesab edilən və "Made in China 2025" adı ilə idxal edilən mühüm malları da əhatə edəcək. 

Xüsusi tarif tətbiq ediləcək məhsulların siyahısı iyunun 15-də çap olunacaq.

Eləcə də bax: "Qərbi Ağ Ev" satılır – FOTO

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260