DÜNYA

Rusiyaya qarşı sanksiyaların ləğv ediləcəyi vaxt açıqlandı
30 MAY
715

Rusiyaya qarşı sanksiyaların ləğv ediləcəyi vaxt açıqlandı

2018-05-30 09:44:00

ABŞ Rusiyaya qarşı sanksiyaları Moskvanın Donbasdan qüvvələrini çıxaracağı və Krımın nəzarətini Kiyevə verəcəyi vaxt ləğv edəcək. 

Fins.az xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib. 

O bildirib ki, ABŞ Fransa, Almaniya və Ukrayna ilə birlikdə Ukraynanın şərqində sülhün bərpası imkanları üzərində işləyiblər. 

“Eyni zamanda, Rusiya real əməkdaşlıqdan imtina edib və bizim cəhdlərimiz yanvardan başlayaraq dayanıb”, - Heyli qeyd edib. 

Avropa Birliyi, ABŞ və bir sıra ölkələr Krımın Rusiyaya birləşdirilməsi, Ukraynanın şərqindəki münaqişə ilə bağlı 2014-cü ildən başlayaraq, Rusiyaya qarşı sanksiyalar tətbiq edir. 

Eləcə də bax: Dünyanın ən bahalı və ucuz şəhəri məlum olub

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254