DÜNYA

Dünyanın ən bahalı və ucuz şəhəri məlum olub
29 MAY
499

Dünyanın ən bahalı və ucuz şəhəri məlum olub

2018-05-29 21:49:00

"Union Bank of Switzerland" ("İsveçrə Birləşmiş Bankı") bəyan edib ki, dünyanın ən bahalı şəhəri ölkənin Sürix şəhəridir. 

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Bank dünyanın ən ucuz şəhəri kimi isə Misirin paytaxtı Qahirəni göstərib. 

Ümumilikdə, "Union Bank of Switzerland"ın hesabatında 77 ölkənin şəhərləri təhlil olunub və bəzi maraqlı məqamlar qeyd edilərək müqayisələr aparılıb. 

Məsələn, məlum olub ki, siyahıda 17-ci yerdə qərarlaşmış İrlandiyanın paytaxtı Dublində "McDonalds"dan "Big Mac" almaq üçün orta hesabla 18 dəqiqə işləmək lazımdır. Bu göstərici siyahıda 10-cu olan Nyu-Yorkda (ABŞ) 15 dəqiqədir. 

Bundan başqa, Dublində yaşayanlar "iPhone X" almaq üçün orta hesabla 87 saat işləməlidir. Halbuki bunun üçün Nyu-Yorkda 54 saat işləmək kifayətdir. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272