DÜNYA

Avropa İttifaqı birdəfəlik plastik qablara qarşıdır
29 MAY
111

Avropa İttifaqı birdəfəlik plastik qablara qarşıdır

2018-05-29 10:25:00

Avropa Komissiyası plastikdən hazırlanmış birdəfəlik qabların bəzilərinə qadağa qoymağı və faktik olaraq, təkrar emalı mümkün olmayan plastik tullantılara görə Avropa İttifaqına üzv ölkələri cərimələməyi planlaşdırır. Almaniyanın “Funke Mediengruppe” mediaşirkətinin nəşrləri Avropa Komissiyasının bu gün Brüsseldə təqdim etmək niyyətində olduğu plastik tullantılarla mübarizə tədbirləri paketinə istinadən bunu bildirirlər.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az xəbər verir ki, sənəd layihəsinə əsasən, qadağa plastikdən olan birdəfəlik qablara aid edilməlidir. KİV-lər bildirirlər ki, bu qabların alternativini asanlıqla və münasib qiymətə əldə etmək mümkündür. Söhbət əsasən birdəfəlik qablar, masaüstü dəstlər, içki üçün boruşəkilli çöplər, pambıq çöplər və hava şarları üçün plastik bərkitmələrdən gedir. Bundan başqa, qəlyanaltıxanalardan alınıb aparılan qidalar üçün plastik qablaşdırmaların istifadəsini məhdudlaşdırmaq da planlaşdırılır.

Eləcə də bax: Avropa İttifaqı bu ölkəyə 1 mlrd. avro kredit ayıracaq

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269