DÜNYA

Rusların ən həzz aldığı məşğuliyyət nədir? - SORĞU
25 MAY
331

Rusların ən həzz aldığı məşğuliyyət nədir? - SORĞU

2018-05-25 11:56:00

Rusiya vətəndaşlarına ən çox həzz və sevinc bəxş edən məşğuliyyət televizor izləməkdir.

Fins.az xəbər verir ki, “Levada” mərkəzinin apardığı rəy sorğusunda iştirak edənlərin 34%-i məhz bu cavabı verib.

İkinci populyar məşğuliyyət kimi respondentlər yaxşı pul qazanmağı göstəriblər – 26%.

Üçüncü həzz alınan məşğuliyyət isə uşaqlarla vaxt keçirmək də dadlı yeməklər yeməkdir – 24%.

Rəyi soruşulanların 22%-i sevdiyi insanla vaxt keçirmək və səyahət etməyi, 20%-i kitab oxumağı, 16%-i alış-verişi, 12%-i sekslə məşğul olmağı ən xoş məşğuliyyət kimi qeyd edib. Cəmi 1% insan siyasətlə məşğul olmağı bu sırada göstərib. Respondentlərin 4%-i isə heç nə etməməyi sevir.  

Rəy sorğusu 20-24 aprel tarixlərində 1,6 min nəfər arasında aparılıb.

Eləcə də bax: Apple Iphone X qiymətini aşağı salır

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255