DÜNYA

Türkiyədə dövlət sturkturları gücləndirilmiş iş rejiminə keçir
25 MAY
201

Türkiyədə dövlət sturkturları gücləndirilmiş iş rejiminə keçir

2018-05-25 10:47:00

Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi keçiriləcək seçkilərlə bağlı gücləndirilmiş iş rejiminə keçib.

Fins.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamaya görə, seçkilərin gedişinə təsir edəcək bütün KİV-lər nəzarət altına alınacaq. Bu istiqamətdə fəaliyyət göstərən KİV-lərin seçki prosesində qarşısı alınacaq. Buna görə, hüquq-mühafizə, Milli Kəşfiyat Təşkilatı ( MİT) birlikdə fəaliyyət göstərəcəklər.

Nazir müavini Qalip Zerey jurnalistlərə verdiyi açıqlamada seçki təhlükəsizliyi ilə əlaqədar bütün dövlət qurumları və nazirliklərlə əlaqə saxladıqlarını bildirib: “ Bu qurumlarda Kiber Hadisələrə Müdaxilə Qrupları fəaliyyət göstərir. Bu məsələləri yenidən nəzərdən keçirdik, yenilədik. Kimlə əlaqə saxlayacayıq, hər şeyi həll etmişik.Seçki zamanı hər kəs vəzifə başında olacaq. Hər ehtimala qarşı bütün tədbirlər alınacaq”.

 Eləcə də bax:Ərdoğan regionla bağlı planlarını açıqladı

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254