DÜNYA

OPEC+ hasilatın azaldılması şərtlərinin yumşaldılması imkanını nəzərdən keçirir
25 MAY
157

OPEC+ hasilatın azaldılması şərtlərinin yumşaldılması imkanını nəzərdən keçirir

2018-05-25 10:15:00

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və hasilatın azaldılması razılığına qoşulan qeyri-OPEC ölkələri neft hasilatının azaldılması şərtlərinin yumşaldılması ehtimalını nəzərdən keçirir.

Fins.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih “Bloomberg” agentliyinə müsahibəsində bildirib.

Lakin nazir bununla bağlı hələlik qərar qəbul olunmadığını qeyd edib.

“OPEC+ razılığının məqsədi bazarda tarazlıq yaratmaqdır. İyunda Vyanada keçiriləcək görüşə qədər Ruisya və Səudiyyə Ərəbistanı iki görüş keçirməyi planlaşdırır”,-o əlavə edib.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Ötən ilin 30 noyabrında  OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. 

Eləcə də bax: ABŞ Türkiyəyə qarşı sanksiyalar qəbul edib

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249