DÜNYA

ABŞ Türkiyəyə qarşı sanksiyalar qəbul edib
25 MAY
4349

ABŞ Türkiyəyə qarşı sanksiyalar qəbul edib

2018-05-25 10:01:00

Vaşinqton İranla bağlı bir sıra fiziki şəxs və hava yolları şirkətlərinə qarşı sanskiyalar tətbiq edib.

Fins.az xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi bəyanat yayıb.

Məlumata əsasən, sanksiya siyahısına İranın “Blue Airways” və “Dena Airways” aviaşirkətləri düşüb. 

Bundan başqa siyahıya Türkiyədə qeydiyyata alınmış “Otic Aviation”, “RA Havacilik Lojistik Ve Tasimacilik Ticaret Limited”, “Trigron Lojistik Kargo Limited Sirketi” və “3G Lojistik” ve Havacilik Hizmetlari Ltd” şirkətləri əlavə olunub.

Fiziki şəxslərin “qara siyahısına” iki İran və bir Türkiyə vətəndaşı daxil edilib.

Eləcə də bax: Dünyanın ən bahalı futbol klubunun adı açıqlanıb

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254