DÜNYA

Rusiyanın Hesablama Palatasının sədri: Neftin qiyməti 50 dollara düşəcək
24 MAY
336

Rusiyanın Hesablama Palatasının sədri: Neftin qiyməti 50 dollara düşəcək

2018-05-24 15:08:00

Rusiyanın Hesablama Palatasının sədri Aleksey Kudrin bəyan edib ki, yaxın 2-3 il ərzində dünya bazarında neftin 1 barelinin qiyməti 50 ABŞ dollarına düşəcək. 

Fins.az xəbər verir ki, o, bu barədə Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda danışıb. 

"Anlayırıq, hazırda neft bahadır, qiymət artımı baş verib və çox güman ki, Rusiya ehtiyatlarını xərcləməyəcək, lakin neftin qiyməti 2-3 ildən sonra 50 dollara düşə bilər", - deyə A.Kudrin qeyd edib. 

Xatırladaq ki, bundan öncə Rusiyanın energetika naziri Aleksandr Novak bildirmişdi ki, onun rəhbərlik etdiyi qurum neftin qiymətini proqnozlaşdıra bilmir.

Eləcə də bax: ABŞ prezidenti Aİ ölkələrindən polad və alüminium idxalını azaltmaqda israrlıdır

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255