DÜNYA

ABŞ-ın neft ehtiyatları artıb
24 MAY
226

ABŞ-ın neft ehtiyatları artıb

2018-05-24 11:55:00

ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 5,8 milyon barrel (1,3 faiz) artaraq 438,1 milyon barrel olub.

Fins.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 1,5 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə ölkənin xam neft ehtiyatları 1,4 milyon barrel azalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə keçən həftə 0,7 milyon barrel (0,1 faiz) azalaraq 661,3 milyon barrel təşkil edib.

Ölkənin benzin ehtiyatları ötən hesabat həftəsində 1,9 milyon barrel (0,8 faiz) artaraq 233,9 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,4 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 3,8 milyon barrel aşağı düşmüşdü.

Eləcə də bax: Gürcüstanda mobil telefonlar şəxsiyyət vəsiqəsini əvəz edəcək

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254