DÜNYA

“Uşaqlar üçün gəmiyə” layihəsindən 8 milyon euro yığılıb
23 MAY
217

“Uşaqlar üçün gəmiyə” layihəsindən 8 milyon euro yığılıb

2018-05-23 16:50:00

Dünyanın ən böyük kruiz şirkətlərindən biri  “MSC Cruses” BMT-nin Uşaq Fonduna (UNICEF) 8.000.000 euro bağışlayıb.

Bu məbləğ şirkətin qonaqlarının ianələri hesabına toplanıb.

“MSC Cruses”- in idarə heyətinin rəhbəri Perfrancesko Vago bildirib ki, yığılan vəsait Afrikada qida çatışmazlığı problemi yaşayan uşaqlara verilib.

“Dünyanın hər yerindəki ailələrin sağlığı bizim üçün çox önəmlidir. “Uşaqlar üçün gəmiyə” layihəsi çərçivəsində formalaşan fond aclıqdan əziyyət çəkənlərə kömək edəcək. Qonaqlarımıza, bizim gəmilərdən istifadə edənlərə minnətdaram. Onların dəstəyi ilə Afrikada yaşayan 81000 uşağın və ailələrinin həyatı gözəlləşib”-deyə, Perfrancesko Vago əlavə edib.

© seanews.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259