DÜNYA

Ukrayna Avropa yolunda - MDB-dən üz çevirir
23 MAY
202

Ukrayna Avropa yolunda - MDB-dən üz çevirir

2018-05-23 12:33:00

Ukraynanın MDB çərçivəsində bağladığı bir neçə müqavilədən çıxması ilə bağlı fərman dərc olunub. 

Fins.az xəbər verir ki, sənəd Ukrayna prezidenti Petro Poroşenkonun rəsmi saytında yerləşdirilib.

“Ukrayna konstitusiyasının 107-ci maddəsini əsas götürərək qərara alıram: Ukrayna milli məhlükəsizlik və müdafiə şurasının 2018-ci il mayın 2-dəki “Müstəqil Dövlətlər Birliyi çərçivəsində Ukraynanın bağladığı bir sıra ayrı beynəlxalq sazişlərdən imtina edilməsi” qərarı qüvvəyə minsin. 

Eləcə də bax: Rusiyada yeni pul – Plastik əskinaslar təqdim olundu

Sərəncam yayımlandığı gündən qüvvəyə minir”, - Poroşenkonun imzaladığı əmrdə deyilir. 

Sənəd mayın 19-da imzalanıb. Həmin gün Poroşenko Ukraynanın MDB-nin nizamlayıcı orqanlarındakı nümayəndələrini geri çağırıb və bildirib ki, “onların orada işi yoxdur – biz Avropa ilə birlikdə hərəkət edirik”. 

Ukraynanın MDB-nin nizamlayıcı qurumlarında iştirakının dayandırılması layihəsi apreldə hazırlanmağa başlayıb. 

Mayın 23-də məlum olub ki, MDB bundan sonra da Ukraynanı tədbirlərə dəvət edəcək.

Təşkilatdan bildirilib ki, təşkilatdan çıxmaqla bağlı bəyanatlara baxmayaraq, Kiyevdən MDB-yə rəsmi sənəd təqdim edilməyib.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256