DÜNYA

ABŞ BP-yə 20 il ərzində ildə 2 mln. ton maye qaz satacaq
22 MAY
288

ABŞ BP-yə 20 il ərzində ildə 2 mln. ton maye qaz satacaq

2018-05-22 11:09:00

 ABŞ-ın "Venture Global Calcasieu Pass" şirkəti ilə Böyük Britaniyanın BP şirkəti arasında maye qazın tədarükü ilə bağlı saziş imzalanıb.

Fins.az xəbər verir ki, saziş amerikalıların BP-yə 20 il ərzində ildə 2 mln. ton maye qaz satmasını nəzərdə tutur. 

Sazişə əsasən, BP maye qazı "Venture Global Calcasieu Pass"dan FOB (Free on Board) şərtləri əsasında alacaq. Qaz 2022-ci ildə istismara veriləcək qaz terminalından yüklənəcəq. 

Xatırladaq ki, ABŞ şirkəti bundan əvvəl maye qazın satışı ilə bağlı Böyük Britaniya - Niderland müəssisəsi - "Shell", İtaliyanın "Edison S.p.A" və Portuqaliyanın "Galp" şirkətləri ilə 6 saziş imzalayıb.

Eləcə də bax:Gürcüstan Demokratik Respublikasının 100 illik yubileyində 6 ölkənin prezidenti iştirak edəcək

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255