DÜNYA

Çin ailəsində uşaq sayı məhdudiyyəti ləğv oluna bilər
22 MAY
200

Çin ailəsində uşaq sayı məhdudiyyəti ləğv oluna bilər

2018-05-22 10:51:00

Çin hökuməti ailə başına düşən uşaq sayı məhdudiyyətini ləğv edə bilər.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Agentliyin məlumatına əsasən, müvafiq qərar cari ilin sonuna qədər qəbul oluna bilər. Çin bu yolla ölkə əhalisinin sürətlə qocalması problemi ilə mübarizə aparmağı, həmçinin beynəlxalq tənqidlərə son qoymağı düşünür.

Qeyd edək ki, Çində “bir ailə - bir uşaq” məhdudiyyəti siyasəti ölkənin demoqrafik partlayış ərəfəsində olduğu vaxt - 1979-cu ildə qəbul edilib.

2015-ci ilin oktyabr ayında Çin Kommunist Partiyasının 5-ci plenumunda ailənin birdən çox uşaq saxlamasına qoyulan qadağa aradan qaldırılıb. Bütün çinli ailələrə iki uşaq saxlamağa icazə verən qanun isə 2016-cı il yanvarın 1-dən qüvvəyə minib.

Eləcə də bax: Gürcüstan Demokratik Respublikasının 100 illik yubileyində 6 ölkənin prezidenti 

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267