DÜNYA

ABŞ və Yunanıstan ikitərəfli strateji dialoqa başlamaq barəsində razılığa gəliblər
22 MAY
177

ABŞ və Yunanıstan ikitərəfli strateji dialoqa başlamaq barəsində razılığa gəliblər

2018-05-22 09:46:00

ABŞ Dövlət katibi Maykl Pompeo və Yunanıstanın xarici işlər naziri Nikos Kotzias əməkdaşlığın əsas sahələri üzrə ikitərəfli strateji dialoqa başlamaq barəsində razılığa gəliblər.

Fins.az xəbər verir ki, bunu ABŞ Dövlət Katibliyinin mətbuat xidmətinin rəhbəri Hezer Hauert deyib.

"Dövlət Katibi Pompeo və nazir Kotzias ikitərəfli münasibətlərin əla vəziyyətini müzakirə etdilər və əməkdaşlığın əsas sahələri üzrə ikitərəfli strateji dialoqa başlamaq barəsində razılığa gəliblər", - deyə Hauert bildirib.

Onun sözlərinə görə, Pompeo Kotziasa "ABŞ-ın Yunanıstana bundan sonra da iqtisadiyyatın bərpasına dair səyləri üzrə dəstək verəcəyinə" söz verib.

Eləcə də bax: Suda yerləşən ilk dövlət 2022-ci ildə yaradılacaq

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256