DÜNYA

Gürcüstan Demokratik Respublikasının 100 illik yubileyində 6 ölkənin prezidenti iştirak edəcək
22 MAY
418

Gürcüstan Demokratik Respublikasının 100 illik yubileyində 6 ölkənin prezidenti iştirak edəcək

2018-05-22 09:38:00

 Gürcüstanda ilk Demokratik Respublikanın yaranmasının 100 illik yubileyi ilə əlaqədar Tbilisidə keçiriləcək tədbirdə 6 ölkənin prezidenti, 20 ölkənin yüksək vəzifəli şəxsləri, Avropa Komissiyasının prezidenti Jan Klod Yunker iştirak edəcəklər.

Fins.az xəbər verir ki, mayın 26-da keçiriləcək yubiley tədbirinə Litva, Latviya, Finlandiya, Polşa, Slovakiya və Ermənistan prezidentləri qatılacaqlar.

Qonaqlar Tbilisinin mərkəzindəki Azadlıq meydanında gənc əsgərlərin andiçmə mərasimində iştirak edəcək, sonra parlamentdə təşkil olunacaq “Xoşbəxtlik naminə əməkdaşlıq – yeni əsrin strategiyası” adlı “dəyirmi masa”ya qatılacaqlar.

Məlumat üçün qeyd edək ki, 26 May - Müstəqillik Günü Gürcüstanda 1991-ci ildən qeyd olunur. Gürcüstan Demokratik Respublikası ilk dəfə 1918-ci il mayın 26-da Noe Jordaniya tərəfindən elan olunub.

Eləcə də bax: ABŞ İrana qarşı 12 şərt irəli sürüb

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256