DÜNYA

Qazaxıstan neft hasilatını artıracaq
21 MAY
162

Qazaxıstan neft hasilatını artıracaq

2018-05-21 17:33:00

Qazaxıstanın neft hasilatının həcmi hər il artaraq 2025-ci ilədək 104 milyon tona çatacaq.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Kanat Bozumbayev deyib. Nazir bildirib ki, böyük neft layihələri qısa müddətdə ölkə iqtisadiyyatının inkişafına əhəmiyyətli təsir göstərəcək.

“Tengiz”, “Karaçaganak” və “Kaşagan” neft-qaz layihələri sayəsində neft sektoru böyüyəcək. Keçən il “Kaşagan”dan neft istehsalına başlanması ilə ölkənin neft hasilatı 78 milyon tondan 86,2 milyon tona yüksəlib. Neft istehsalının həcmi hər il artaraq 2025-ci ilə kimi ildə 104 milyon tona çatacaq”, - deyə K.Bozumbayev qeyd edib.

O əlavə edib ki, bu ilin yanvar-aprel aylarında ölkədə 30 milyon ton neft çıxarılıb və keçən ilin eyni dövrünə görə 6 faiz artım olub. Bu il Qazaxıstanın neft istehsalın 87 milyon ton səviyyəsində olacağı gözlənilir.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267