DÜNYA

Bu ölkədə sellofan torbalardan istifadə məhdudlaşdırılır
21 MAY
298

Bu ölkədə sellofan torbalardan istifadə məhdudlaşdırılır

2018-05-21 14:25:00

 Gələn il yanvarın 1-dən Özbəkistandakı mağazalarda sellofan torbaların pulsuz verilməsinə qadağa qoyulacaq.

Fins.az xəbər verir ki, buna səbəb həmin torbaların ölkənin ekoloji vəziyyətinə ziyan vurmasıdır. 

Belə ki, həmin tarixdən başlayaraq həm həmin torbaları müştərilərə təklif etmək, həm də onların ayrıca qiymətini hesablamaq qadağan ediləcək.

 Bununla belə, bu qadağa malların bir hissəsi olan və məişətdə istifadə üçün nəzərdə tutulan, tutacaqları olmayan və təbiətdə həzm oluna bilən polimer materiallardan hazırlanan torbalara şamil edilməyəcək.

Eyni zamanda, ölkədə məişət tullantılarının idarə edilməsi sistemində islahatların aparılması nəzərdə tutulur.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256