DÜNYA

Çin və ABŞ razılaşdı
21 MAY
211

Çin və ABŞ razılaşdı

2018-05-21 10:19:00

ABŞ xəzinə naziri Stiven Mnuçin gömrük vergiləri məsələsində Çinlə razılaşma əldə edildiyini açıqlayıb.

Fins.az xəbər verir ki, o, “ticarət müharibəsi”ni dayandırdıqlarını söyləyib:

“Hazırda gömrük vergilərini artırmaq məsələsini dayandırdıq. Yeni razılıq üzərində çalışmalara start vermişik”.

Məlumata görə, Vaşinqtonda davam edən 5 günlük ikitərəfli danışıqlarda Çin iki ölkə arasında ticarət balansını qorumaq üçün ABŞ-dan daha çox mal almaq sözü verib.

Qeyd edək ki, ABŞ Çin məhsullarına əlavə dəyər vergisi tətbiq etmiş və iki ölkə arasında münasibətlər gərginləşmişdi.

© Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259