DÜNYA

ABŞ 15 il ərzində terrorla mübarizəyə nə qədər xərcləyib? – MƏBLƏĞ
17 MAY
305

ABŞ 15 il ərzində terrorla mübarizəyə nə qədər xərcləyib? – MƏBLƏĞ

2018-05-17 12:48:00

 ABŞ 2002-ci ildən 2017-ci ilə qədər terrorla mübarizəyə 2,8 trilyon dollar xərcləyib.

Fins.az xəbər verir ki, bu dəyərləndirmə Vaşinqtonun "beyin mərkəzlər"indən olan Henri Stimson adına Mərkəz tərəfindən aparılıb.

Eləcə də bax: Qonşu ölkənin xarici borcu açıqlandı – 5 MİLYARDAN DOLLARDAN ÇOX

Araşdırmaçılar bildiriblər ki, 2001-ci il sentyabrın 11-də "Əl-Qaidə" terrorçularının təyyarəçiləri ələ keçirirək Nyu-York və Vaşinqtonda törətdiyi, 3500 nəfərin ölümü ilə nəticələnən terror aktlarından sonra ABŞ hər il terrorla mübarizəyə orta hesabla 186,6 milyard dollar xərcləyib. Bu baxımdan ən yüksək göstərici 2008-ci ildə qeydə alınıb - 260 milyard dollar. 2017-ci ildə isə bu yöndə xərclər 175 milyard dollar təşkil edib.

Ötən 15 ildə bu istiqamətdəki xərclərin 60%-dən çoxu (1,7 trilyon dollar) Pentaqonun payına düşür. Daxili Təhlükəsizlik Nazirliyinin payına xərclərin 35%-i (979 milyard dollar) düşüb. Digər ölkələrə də hərbi yardım göstərilməsində bilavasitə içtirak edən Dövlət Departamentinin payı isə 5% (138 milyard dollar) olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257