DÜNYA

Aİ ölkələrinin ABŞ-dan maye qaz idxalını artırması təklif olunur
17 MAY
86

Aİ ölkələrinin ABŞ-dan maye qaz idxalını artırması təklif olunur

2018-05-17 12:13:00

Avropa Komissiyası ABŞ-dan maye qazın idxalını artırmağı və müvafiq infrastrukturu genişləndirməyi təklif edib.

Fins.az xəbər verir ki, bu barədə Brüsseldəki (Bekçika) diplomatik mənbə bildirib.

Onun sözlərinə görə, bunun əvəzində Avropa İttifaqı (Aİ) rəsmi Vaşınqtonun Avropa şirkətləri üçün polad və alüminiuma tətbiq etdiyi rüsumları aradan qaldıracağına ümid edir.

Qeyd edək ki, bu ilin martından ABŞ idxal olunan polada 25%, alüminiuma isə 10%-lik rüsum tətbiq edib. Aİ və bir sıra digər ölkələr üçün bu rüsumların tətbiqi iyunun sonuna kimi təxirə salınıb. ABŞ-la Aİ arasında bu məsələ ətrafında müzakirələr hələ ki, heç bir nəticə verməyib. Müvafiq rüsumların tətbiqi Aİ-na üzv ölkələrin nümayəndələri tərəfindən mayın 16-da Bolqarıstan paytaxtı Sofiyada keçirilmiş qeyri-formal görüşü zamanı müzakirə olunub.

ELəcə də bax: Qonşu ölkənin xarici borcu açıqlandı – 5 MİLYARDAN DOLLARDAN ÇOX

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276