DÜNYA

ABŞ-da neft və benzin ehtiyatları azalır
17 MAY
118

ABŞ-da neft və benzin ehtiyatları azalır

2018-05-17 11:17:00

ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 1,4 milyon barrel (0,3 faiz) azalaraq 432,4 milyon barrel olub.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 800 min barrel azalması istiqamətində idi. Əvvəlki həftə ölkənin xam neft ehtiyatları 2,2 milyon barrel azalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları da keçən həftə 1,5 milyon barrel (0,2 faiz) azalaraq 662 milyon barrel təşkil edib.

Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 3,8 milyon barrel (1,6 faiz) azalaraq 232 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,4 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 2,2 milyon barrel aşağı düşmüşdü.

Eləcə də bax: ABŞ-ın gündəlik neft hasilatı 10,7 milyon barreli keçib

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267