DÜNYA

Moldovada NATO-nun ofisi bağlanacaq
17 MAY
155

Moldovada NATO-nun ofisi bağlanacaq

2018-05-17 10:09:00

Moldovada keçiriləcək parlament seçkilərindən sonra NATO-nun Kişinyovdakı ofisi bağlana bilər. 

Fins.az xəbər verir ki, bununla bağlı “İzvestiya” qəzetinə ölkə prezidenti İqor Dodon məlumat verib. 

Onun sözlərinə görə, Kişinyova hər hansı hərbi blokun üzvü olmaq maraqlı deyil və bunu ölkə vətəndaşlarının əksəriyyəti dəstəkləyir. 

Eləcə də bax: ABŞ üçün şok: AB İrandan nefti avro ilə alacaq

Dodon qeyd edib ki, Moldova Şərqlə Qərb arasında körpü rolunu oynamalıdır və öz maraqlarını əsas tutaraq, bütün tərəflərlə dostluq etməlidir. 

2017-ci ilin sentyabrında Moldova ordusunun 57 hərbçisi NATO-nun “НАТО Rapid Trident-2017” təlimində iştirak edib. Ancaq Dodon bundan əvvəl hərbçilərin təlimlərdə iştirakına icazə verməyəcəyini açıqlamışdı. O demişdi ki, konstitusiyaya əsasən, Moldova bitərəf respublikadır. 

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249