DÜNYA

ABŞ və Avropa İttifaqı ikili standartlar məngənəsində
16 MAY
103

ABŞ və Avropa İttifaqı ikili standartlar məngənəsində

2018-05-16 12:51:00

Avropa İttifaqı və ABŞ Dövlət Departamenti Kerç körfəzindən körpü açılmasını pisləyiblər.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyertin sözlərinə görə, Krım Ukraynanın tərkib hissəsidir, bu körpü isə Ukraynanın hakimiyyət orqanlarının icazəsi olmadan tikilib.

Fins.az xəbər verir ki, Amerika xarici siyasət idarəsinin fikrincə, bu qurğu “Ukraynanın Azov dənizindəki ərazi sularına keçmək üçün yeganə yol olan Kerç körfəzindən keçə biləcək gəmilərin ölçülərinin məhdudlaşdıraraq naviqasiyaya mane olur”.

Eləcə də bax: Rusiyanın yeni hökumətində baş nazirin 11 müavini fəaliyyət göstərəcək

Noyert deyib: “Biz Rusiyanı bu gəmiçiliyə mane olmamağa çağırırıq”.

Elə həmin gün Avropa İttifaqı da Rusiyadan Krıma körpü açılmasını pisləyib. Avropa xarici siyasət xidmətinin (EEAS) məlumatında deyilirdi ki, Kiyevin icazəsi olmadan körpü tikilməsi Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün növbəti dəfə pozulmasıdır.

Amma Ermənistan Laçını işğal edəndən sonra Gorusdan Azərbaycanın Qarabağ bölgəsinə, sonra isə Vardenisdən (keçmiş Basarkeçər) Kəlbəcərə yol tikəndə biz istər ABŞ, istərsə də Aİ tərəfindən bu cür prinsipiallıq görmədik.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277