DÜNYA

Aİ İranla nüvə sövdələşməsinə dair dialoqu aktivləşdirəcək
16 MAY
72

Aİ İranla nüvə sövdələşməsinə dair dialoqu aktivləşdirəcək

2018-05-16 09:37:00

Aİ ölkələri və İran iqtisadiyyat sahəsində əlaqələri genişləndirmək üçün bütün səviyyələrdəki təmasların aktivləşdirilməsinə və ekspert məsləhətləşmələrinin keçirilməsinə dair razılığa gəliblər.

Fins.az-ın verdiyi xəbərə görə, bu barədə Brüsseldə İranın nüvə sazişinə dair danışıqların yekunları barədə açıqlamasında Aİ diplomatiyasının rəhbəri Federika Mogerini bildirib.     

“Biz ABŞ-ın sazişdən çıxması ilə əlaqədar təəssüflüyümüzü ifadə etdik və etiraf etdik ki, sazişin əsas hissəsi - sanksiyaların ləğvi və İranla iqtisadiyyat-ticarət sahəsindəki əlaqələrin normallaşdırılmasıdır”, - deyə o qeyd edib.  

“Biz dialoqu bütün sahələrdə dərinləşdirməyi qərara aldıq. Ekspertlərimiz artıq işləməyə başlayıb.  Yaxın bir neçə həftədə praktiki qərarlara nail olmaq üçün intensiv ekspert məsləhətləşmələrinə artıq başlamışıq”, - deyə Mogerini bildirib.

Onun sözlərinə görə, söhbət İranla iqtisadi əlaqələrin genişlənməsi, neft-qaz, neft məhsullarının  tədarükü, səmərəli bank əməliyyatları, aviasiya, dəniz və quru nəqliyyat növləri və ixrac kreditlərinin ayrılmasından gedir.   

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277