DÜNYA

Gürcüstanın xarici ticarət dövriyyəsi 22%-dən çox artıb
14 MAY
101

Gürcüstanın xarici ticarət dövriyyəsi 22%-dən çox artıb

2018-05-14 12:30:00

Bu ilin yanvar-aprel aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 3 mlrd. 786,2 mln. dollar təşkil edib.

Fins.qz xəbər verir ki bu, ötən ilin eyni göstəricisindən 22,2% çoxdur.

Hesabat dövründə qonşu ölkənin ixracı 22% artaraq 961,4 mln. dollar, idxalı isə 22,3% artaraq 2 mlrd. 824,8 mln. dollar həcmində olub.

Ticarət dövriyyəsinin kəsri isə 1 mlrd. 863,5 mln. dollar təşkil edib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276