DÜNYA

Türkiyənin Rusiyadan aldığı qazın qiymətinin artacağı gözlənilir
14 MAY
166

Türkiyənin Rusiyadan aldığı qazın qiymətinin artacağı gözlənilir

2018-05-14 11:14:00

Türkiyənin Rusiyadan aldığı təbi qazın qiymətinin 8% artması gözlənilir.

Fins.az xəbər verir ki, ekspertlərin hesablamalarına görə, iyul ayının 1-dən etibarən BOTAŞ-ın Rusiyadan idxal etdiyi hər 1000 kubmetr təbii qazın qiyməti 245 dollardan 265 dollara qalxacaq.

Enerji sektorunun ekspertləri Türkiyədə dolların məzənnəsinin və dünya bazarında neftin qiymətinin qalxmasının təbii qazın alış qiymətinə də təsir edəcəyini hesab edirlər: “Təbii qazın alqı-satqı qiymətləri rüblük olaraq neftin qiyməti və dolların məzənnəsindəki dəyişikliklərə əsasən yenidən hesablanır. Hesablamalarda neftin müəyyən müddətdəki qiymətləri, məsələn 6 və 9 aylıq ortalama nəzərə alınır. Son vaxtlar neftin qiyməti sürətlə yüksəlir. Analitiklər iyun ayında neftin 1 barelinin qiymətinin 80 dolları keçəcəsini bildirir. Bu vəziyyət Türkiyə kimi qazda və neftdə xaricdən asılı ölkələrin enerji xərclərinin artmasına səbəb olacaq”.

Ekspertlər bildirirlər ki, BOTAŞ hələ də Rusiyadan 1000 kubmetr qazı 245 dollara idxal edir. Özəl sektor idxalçıları 10,25% endirimlə 220 dollar ödəniş edir. BOTAŞ-ın Rusiyadan qaz alışı qiymətinin dolların məzənnəsindəki və neftin qiymətindəki atımdan sonra hər 1000 kubmetr üçün 265 dollar, özəl sektorun da 240 dollara qalxacağı hesablanır.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259