DÜNYA

Türkiyədə altı namizəd prezidentlik uğrunda mübarizə aparacaq
14 MAY
223

Türkiyədə altı namizəd prezidentlik uğrunda mübarizə aparacaq

2018-05-14 10:47:00

Türkiyədə keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərin adları təsdiqlənib.

Fins.az xəbər verir ki, Ali Seçki Komissiyasının məlumatına görə, Rəcəb Tayyib Ərdoğan, Doğu Perinçek, Meral Akşenər, Məhərrəm İncə, Səlahəddin Dəmirtaş və Teməl Karmollaoğlu prezidentlik uğrunda mübarizə aparmaq hüququ qazanıblar.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Deputatlıq uğrunda mübarizə aparacaq şəxslərin qeydiyyatı isə davam etməkdədir.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9245
  • ₽ RUB
    0.0252