DÜNYA

“Gazprom” Türkiyəyə təbii qaz nəqlini dayandırır
11 MAY
302

“Gazprom” Türkiyəyə təbii qaz nəqlini dayandırır

2018-05-11 10:39:00

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti Türkiyəyə təbii qaz nəqlini müvəqqəti dayandıracaq.

Fins.az xəbər verir ki, bu barədə “Gazprom” məlumat yayıb. Bildirilir ki, planlaşdırılmış profilaktik işlərlə əlaqədar olaraq mayın 15-23-də “Mavi axın” təbii qaz boru kəməri üzərindən Türkiyəyə qaz nəqli müvəqqəti dayandırılacaq. Bu müddətdə boru kəmərində müxtəlif təmir işləri aparılacaq.

Qeyd edək ki, “Gazprom” keçən il “Mavi axın” boru kəməri ilə Türkiyəyə 15,8 milyard kubmetr qaz göndərib. Türkiyə Rusiyadan idxal etdiyi təbii qazın təxminən 50 faizi “Mavi axın” boru kəmərinin payına düşür.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259