DÜNYA

Gürcüstanda təyyarə hissələri zavodu açılıb
10 MAY
210

Gürcüstanda təyyarə hissələri zavodu açılıb

2018-05-10 15:27:00

Gürcüstanın paytaxtı Tbilisidə Cənubi Qafqazda ilk təyyarə hissələri zavodunun açılışı olub.

Fins.az-ın məlumatına görə, ötən ilin iyulundan inşasına başlanmış ATC (Aero-Structure Technologies Cyclone) müəssisəsi Gürcüstanın “Tərəfdaşlıq Fondu” və İsrailin “Elbit Cyclone” şirkəti tərəfindən yaradılıb. Layihənin ümumi investisiya dəyəri 93 milyon dollar təşkil edir.
Yüksək texnologiyalarla təchiz olunmuş zavodun rəsmi açılış mərasimində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, hökumət, diplomatik korpus və biznes sektorun nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən G.Kvirikaşvili deyib ki, Gürcüstan beynəlxalq aviasənaye xəritəsində öz yerini tutur və bu sahə üzrə regionda liderə çevrilir. Müəssisədə mülki aviasiya üçün kompozit materiallardan detallar, qapı, idarəetmə paneli və digər hissələr istehsal olunacaq. İlk məhsullar sertifikatlaşmadan sonra 2019-cu ilin əvvəlində istehsal ediləcək. Məhsulların 100%-i ixraca yönəldiləcək və onların əsas istehlakçıları “Boing”, “Bombardier” və “Airbas”  kimi dünyanın aparıcı şirkətləri olacaq. Müəssisənin növbəti 5 il ərzində genişlənməsindən sonra illik dövriyyə 60 milyon dollardan çox olacaq.

Hazırda zavodda təxminən 80 nəfər çalışır. Müəssisə tam işə düşəndən sonra 300 nəfərin işlə təmin olunacağı gözlənilir.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259