DÜNYA

Türkiyədə ilk dəfə 1300 metr dərinlikdə neft aşkarlanıb
10 MAY
835

Türkiyədə ilk dəfə 1300 metr dərinlikdə neft aşkarlanıb

2018-05-10 15:21:00

 Türkiyənin Batman əyalətinin Sason rayonunda Heybəli kəndi yaxınlığında ilk dəfə 1300 metr dərinlikdə neft aşkarlanıb.

Fins.az xəbər verir ki, kəşfiyyat işi Türkiyənin TPAO şirkəti tərəfindən aparılıb.

Məlumata görə, Heybəli kəndində axtarış-kəşfiyyat işləri iki ay əvvəl başlanılıb. Quyuya “Herent-2” adı verilib.

TPAO ərazidən gündəlik 27 min barel neft hasilatının mümkün olacağını açıqlayıb. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259