DÜNYA

ABŞ neftin qiymətinə dair proqnozunu artırıb
10 MAY
198

ABŞ neftin qiymətinə dair proqnozunu artırıb

2018-05-10 10:56:00

“Brent” markalı xam neftin bir barrelinin bu il üçün orta qiyməti 71 dollar olacaq.

Fins.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq hesabatında deyilir.

Hesabata görə, “Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin bu il 71 dollar, 2019-cu ildə 66 dollar səviyyəsində olacağı nəzərdə tutulur. Qərbi Texas növü “Light” markalı xam neftin bir barrelinin orta qiyməti cari ildə 66 dollar, gələn il isə 61 dollar səviyyəsində olacaq.

“Brent” və “Light”ın qiymətinə dair bu proqnozlar EIA-nın əvvəlki hesabatındakı proqnozlar ilə müqayisədə bu il üzrə 7 dollar/barrel, gələn il üzrə 3 dollar/barrel çoxdur.

EIA-ya görə, “qara qızıl”ın qiymətinə dair proqnozun artması Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC ölkələri ilə 2017-ci ilin yanvarından bu yana tətbiq edilən neft hasilatının azaldılması üzrə razılaşma sayəsində indiyədək qlobal neft ehtiyatları gündəlik orta hesabla 0,5 milyon barrel azalıb. İrana qarşı yenidən sanksiyalar tətbiq olunacağı təqdirdə bu ölkənin xam neft istehsalı azalacaq. Qlobal neft tələbatının artmağa başlaması isə “qara qızıl”ın qiyməti üzərində yuxarı istiqamətli təzyiq meydana gətirir.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249