DÜNYA

ABŞ-ın Havay ştatı təbii fəlakət zonası elan edilib– VİDEO
10 MAY
568

ABŞ-ın Havay ştatı təbii fəlakət zonası elan edilib– VİDEO

2018-05-10 09:17:00

ABŞ-ın Havay ştatının qubernatoru Devid İqe Kilauea vulkanının püskürməsi ilə əlaqədar Puna rayonunu təbii fəlakət zonası elan edib.

Qubernator bu barədə özünün “Tvitter” səhifəsində yazıb.

“Punanın geotermal zonasında fövqəladə vəziyyətdir. Təbii fəlakətlə əlaqədar ABŞ prezidentinə Havay adasına yardım göstərilməsi üçün sorğu göndərilib”, D.İqe yazıb.

Qeyd edək ki, Havay adalarında Kilauea vulkanı püskürməkdə davam edir. Bununla bağlı minlərlə yerli sakin öz evlərini tərk etməli olub.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259