DÜNYA

Rusiya hökuməti istefaya getdi
07 MAY
339

Rusiya hökuməti istefaya getdi

2018-05-07 15:02:00

Rusiya hökuməti Vladimir Putinin inauqurasiya mərasimindən sonra baş nazir Dmitri Medvedevlə birlikdə tam tərkibdə istefaya gedib. Bununla bağlı məlumat Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilib. 

Fins.az xəbər verir ki, Nazirlər Kabinetinin yeni tərkibi yaxın bir neçə həftə ərzində müəyyənləşəcək. 

Rusiya Konstitusiyasına əsasən, prezident vəzifələrinin icrasına başladıqdan sonra Dövlət Dumasına baş nazir postuna namizədini təqdim edir. Deputatlar bir həftə müddətində həmin şəxsin namizədliyini müzakirə edərək qərar verir. 

Yeni hökumət üzvləri müəyyənləşənə qədər sabiq nazirlər öz vəzifələrinin icrasını davam etdirəcək. 

Bundan əvvəl, “Financial Times” yazırdı ki, Putin Medvedevi yenidən baş nazir postuna namizəd göstərəcək. Sabiq maliyyə naziri Aleksey Kudrin isə Medvedevin müavini olacaq.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259