DÜNYA

İlin ilk rübündə Rusiyadan 11 minə yaxın xarici vətəndaş çıxarılıb
05 MAY
297

İlin ilk rübündə Rusiyadan 11 minə yaxın xarici vətəndaş çıxarılıb

2018-05-05 20:02:00

 2018-ci ilin ilk 3 ayı ərzində Rusiya ərazisindən, təxminən, 11 min xarici vətəndaş çıxarılıb.

Fins.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən məlumat veriblər.

"2018-ci ilin ilk rübündə Rusiya Federasiyasının ərazisindən 10,98 min xarici vətəndaş çıxarılıb", - məlumatda deyilir.

Eyni zamanda Rusiya DİN-in məlumatına görə, bu müddət ərzində Rusiyaya 1,4 milyon işçi miqrant daxil olub. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 6,2% azdır.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249