DÜNYA

İnnovasiya texnologiyaları sayəsində milyardlara qənaət ediləcək
05 MAY
334

İnnovasiya texnologiyaları sayəsində milyardlara qənaət ediləcək

2018-05-05 10:30:00

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hökuməti süni intellekt texnologiyalarından və blokçeynlərdən istifadə edilməsi hesabına hər il üç milyard dollara qənaət edə biləcək.

Fins.az xəbər verir ki, BƏƏ-nin süni intellekt texnologiyaları naziri Ömər bin Sultan Al Olamanın 2021-ci ilə qədər BƏƏ-də blokçeyn texnologiyalarının inkişafı strategiyası haqqında məruzəsinə istinədən xəbər verir ki, bu texnologiyalar BƏƏ-də innovasiyalı inkişaf sürətini artıran ən güclü vasitələrdir.

Nazirin sözlərinə görə, BƏƏ hökuməti süni intellekt və blokçeyn texnologiyalarının potensialını birləşdirməklə hər il iqtisadi səmərə şəklində 11 milyard dirhəmə (3 milyard dollara) qənaət edə biləcək. O daha sonra bildirib ki, süni intellekt texnologiyaları blokçeynlərin güclü müttəfiqidir və bu innovasiyalar birlikdə “Strategiya 2021” layihəsinin reallaşdırılmasında mühüm rol oynayacaqlar.

Ömər bin Sultan Al Olama deyib: “Bu texnologiyalar blokçeynlərə əsaslanan hökumət formalaşdırmağa, təşkilatlarda biznes proseslərinin mühəndislik məsələlərini təhlilini həyata keçirməyə, federal normativ aktların səmərəsini artırmağa, proseslərin və sistemlərin monitorinqini təmin etməyə imkan verəcək”.

 © Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254