DÜNYA

Türkmənbaşı limanı dənizə çıxışı olmayan region ölkələrinə yeni imkanlar açır
02 MAY
218

Türkmənbaşı limanı dənizə çıxışı olmayan region ölkələrinə yeni imkanlar açır

2018-05-02 13:37:00

Türkmənistan regionun dənizə çıxışı olmayan ölkələri ilə əməkdaşlığın bütün aspektləri və Türkmənbaşı limanının istifadəsi üzrə əyani danışıqlara hazırdır.

Fins.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Avazada keçirilən "Böyük İpək Yolu - yeni inkişaf istiqamətləri" adlı beynəlxalq forumda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Türkmənbaşı şəhərinin beynəlxalq dəniz limanının tikintisi Türkmənistanın dəniz donanmasının inkişafının mühüm komponentlərindən birinə çevrilib.

Qeyd edək ki, 152 hektar sahəyə malik yeni limana bərə, sərnişin və yük terminalları daxildir.

Eyni vaxtda 17 gəmiyə xidmət göstərə bilən yanalma körpüsünün uzunluğu 1800 metrdir.

Yeni limanın ümumi buraxılış gücü 17 milyon ton yükdür (neft məhsulları istisna).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257