DÜNYA

Yaponiyada yeni vergi islahatı paketi təsdiq edilib
02 MAY
251

Yaponiyada yeni vergi islahatı paketi təsdiq edilib

2018-05-02 08:00:00

2017-ci il boyunca müzakirə edilmiş vergi islahatları paketi aprelin əvvəlində ölkə parlamenti tərəfindən təsdiqlənib Yeni vergi islahatı əməkdaşlarının əməkhaqqını üç faizə qədər artı­ran şirkətlər üçün korporativ verginin dərəcəsini 25 faizə qədər azaltmağa imkan verir. Sonradan bu verginin dərəcəsinin 20 faizə qədər azaldılması o şirkətlər üçün mümkün olacaq ki, onlar öz məhsuldarlıqlarının artımı üçün investisiya qoyacaqlar. Vergi güzəştləri 2018-ci il aprelin 1-dən qüvvəyə minmişdir və üç il davam edəcəkdir.

Digər islahat tədbirlərinə bu ilin oktyabr ayından tütün məhsullarına tətbiq edilən rüsumun artırılması və gələn ilin yanvar ayından ölkədən gediş üçün adambaşına 1000 yapon yeni (9,39 ABŞ dolları) məbləğində yeni vergi tutulması aiddir.

2020-ci ildən qüvvəyə minəcək şəxsi vergi dəyişikliklərinə ildə 8,5 milyon yendən (79 783 dollar) artıq pul qazanan işçilərdən tutulan vergilərin artırılması, eləcə də şirkət əməkdaşları üçün vergi çıxılmalarının azaldılması daxildir.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256