DÜNYA

Tramp “Nobel” mükafatına namizəd ola bilər
29 APREL
297

Tramp “Nobel” mükafatına namizəd ola bilər

2018-04-29 22:30:00

ABŞ-da respublikaçı senator Lindsi Qrem  “Nobel” sülh mükafatına Birləşmiş Ştatların prezidenti Donald Trampın namizədliyini irəli sürməyi təklif edib.

“Donald Tramp KXDR və Çini dəyişikliklərin aparılması məsələsində tam ciddi olduğuna inandırdı. Biz hələ buna nail olmamışıq, ancaq bu baş versə, prezident həqiqətən “Nobel” sülh mükafatına layiqdir”, - deyə senator bildirib.

Senatorun sözlərinə görə Ağ Ev Şimali Koreyanı iki seçim qarşısında qoyub: normal bir ölkə olmaq və ya ABŞ-a zərbə endirmək məqsədi ilə raketlərin hazırlanmasını davam etdirmək və məhvə düçar olmaq.

Qeyd edək ki, aprelin 27-də ABŞ prezidenti Donald Tramp, yaxın həftələrdə KXDR lideri Kim Çen Inla görüşəcəyini bildirib.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259