DÜNYA

Bill Qeyts qripə qarşı mübarizə üçün 12 milyon dollar ayıracaq
29 APREL
264

Bill Qeyts qripə qarşı mübarizə üçün 12 milyon dollar ayıracaq

2018-04-29 22:27:00

Amerikalı sahibkar və ictimai xadim Bill Qeyts qripə qarşı universal vaksinlə bağlı tədqiqatların maliyyələşdirilməsi üçün 12 milyon dollar vəsait ayıracağını bəyan edib.

Bu barədə The Hill nəşri məlumat yayıb.

Bill Qeyts Bostonda Massaçusets Tibb Cəmiyyətinin illik yığıncağında çıxış edib:

“Bill və Melinda Qeyts Fondu” belə bir vaksinlə bağlı tədqiqatların həyata keçirilməsi üçün Google şirkətinin həmtəsisçisi və Alphabet şirkətinin baş direktoru Larri Peyc və onun xanımı Lüsi Peyc ilə əməkdaşlıq edir.

Qeyts qrip təhlükəsi barədə söhbət açaraq deyib ki, yüz il bundan əvvəl – 1918-ci ildə İspan qripi epidemiyası nəticəsində dünyada 50 milyon insan həlak olub. Əgər oxşar miqyaslı epidemiya təkrarlanarsa, altı ay ərzində təxminən 30 milyon insan məhv ola bilər.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256