DÜNYA

Türkiyə AVRO-2024 üçün ərizəsini UEFA-ya təqdim edib
26 APREL
267

Türkiyə AVRO-2024 üçün ərizəsini UEFA-ya təqdim edib

2018-04-26 15:05:00

Türkiyə Futbol Federasiyası 2024-cu il Avropa çempionatını keçirmək üçün ərizəsini UEFA-ya təqdim edib.

Fins.az-ın verdiyi məlumata görə, bununla bağlı UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında mərasim keçirilib. Tədbirdə Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən müvafiq ərizəni UEFA-nın baş katibi Teodor Teodoridisə verib. 

Daha əvvəl Almaniya Futbol İttifaqı da AVRO-2024 üçün sənədlərini UEFA-ya rəsmən təqdim edib. 1974 və 1988-ci il Avropa çempionatı, həmçinin 2006-ci dünya çempionatı məhz bu ölkədə keçirilib. Türkiyənin əsas milli komandaların iştirakı ilə böyük futbol turnirlərini təşkil etmək istəyi hələ gerçəkləşməyib. Qonşu ölkə AVRO-2016-ya namizədliyini versə də, Fransa qalib olunub. 

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsi AVRO-2024-ün təşkilatçı ölkəsini bu il sentyabrın 27-də açıqlayacaq. Final turnirinin keçirilməsi üçün 9 və ya 10 stadion bütün tələblərə uyğun olmaldır. 2 və ya 3 stadion ən azı 50 min nəfərlik azarkeş tutumuna malik olmalı, həmçinin 3 stadion 40 min azarkeş üçün uyğun olmalıdır. 4 arena isə 30 min tamaşaçı qəbul etməlidir. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254