DÜNYA

Dərmanlara və ərzaq məhsullarına vergi güzəşti götürüləcək
26 APREL
225

Dərmanlara və ərzaq məhsullarına vergi güzəşti götürüləcək

2018-04-26 14:19:00

Rusiyada dərmanlara və ərzaq məhsullarına vergi güzəşti götürüləcək.

Hökumət bir sıra kateqoriyalara aid mallar üçün müəyyənləşdirilmiş əlavə dəyər vergisi üzrə güzəştli dərəcələrin ləğvi ilə bağlı müzakirələr aparır.

Fins.az xəbər verir ki, Hazırda 10 faizlik güzəştli dərəcə ərzaq məhsullarına, uşaqlar üçün mallara, kitablara, dərsliklərə və dərmanlara şamil edilir.

Qeyd edilib ki, güzəştlərin ləğvi nəticəsində ünvanlı sosial yardımın arıtırılmasına şərait yaranacaq. Buna baxmayaraq, bəzi məmurlar ərzaq məhsulları və dərmanlarhəyat  üçün ən zəruri əhəmiyyət daşıdığı üçün vergi güzəştinin saxlanılmasında israrlıdırlar.

Ünvanlı subsidiyaların verilməsi ilə bağlı isə hələlik münasibətlər tam aydın deyil.

“Vedemosti” qəzetində nəşr edilmiş proqnoza əsasən, 2018-2019-cu illər üçün güzəştli dərəcə büdcəyə 600-650 milyard rubla (16,66-18 milyard manat) başa gələcək. 2016-cı ildə Maliyyə Nazirliyi güzəştli əlavə vergi dərəcəsinin 12%-ə qaldırılması, sonrakı illərdə hər il 2 faiz bəndi artırılması, bundan başqa, əlavə dəyər vergisinin standart dərəcəsinin 18 faizdən 20 faizə çatdırılmasını təklif edib.

© BBN.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254