DÜNYA

“Shell” şirkəti mənfəətini 42% artırıb
26 APREL
118

“Shell” şirkəti mənfəətini 42% artırıb

2018-04-26 12:09:00

“Royal Dutch Shell” şirkəti bu ilin I rübündə mənfəətini 42% artırıb.

Fins.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Şirkətin mənfəəti son 3 ilin ən yüksək göstəricisi olub. 

“Shell” şirkətinin I rübdə əməliyyatlar üzrə pul axını 9,43 mlrd. dollar olub. Şirkətin xalis gəliri bu ilin üç ayı ərzində 5,322 mlrd. dollar olub. Ötən ilin müvafiq dövründə isə bu göstərici 3,754 mlrd. dollar təşkil edib.

I rübdə şirkətin hasilatı 2% artaraq 3,839 mln. barel/gün neft ekvivalenti olub. Şirkətin bu seqment üzrə qazancı ötən ildən təxminən 3 dəfə artıq olub, lakin emal və marketinq seqmenti üzrə gəliri azalıb.

“Shell”in baş icraçı direktoru Ben van Beerden bildirib ki, ötən rüb şirkətin  yüksək qazanc əldə etməsi dünya bazarında neftin və qazın qiymətinin artması ilə əlaqədardır.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277