DÜNYA

ABŞ-ın neft ehtiyatları 430 milyon barrelə çatır
26 APREL
160

ABŞ-ın neft ehtiyatları 430 milyon barrelə çatır

2018-04-26 10:58:00

ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 2,2 milyon barrel (0,5 faiz) artaraq 429,7 milyon barrel olub.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 1,6 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə ölkənin xam neft ehtiyatları 1,1 milyon barrel azalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə keçən həftə 0,7 milyon barrel (0,1 faiz) azalaraq 664,7 milyon barrelə geriləyib.

Ölkənin benzin ehtiyatları ötən hesabat həftəsində 0,8 milyon barrel (0,4 faiz) artaraq 236,8 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 0,6 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 3 milyon barrel aşağı düşmüşdü.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9794
  • ₽ RUB
    0.0271