DÜNYA

Avropanın ən çox və ən az borcu olan ölkələri bunlardır
26 APREL
237

Avropanın ən çox və ən az borcu olan ölkələri bunlardır

2018-04-26 09:49:00

Avropa İttifaqının statistika xidməti olan “Avrostat”  yüksək dövlət borcu olan dövlətlər haqqında məlumatları ictimailəşdirib.

Fins.az xəbər verir ki, Avropada ən çox xarici borcu olan dövlət Yunanıstandır.

2017-ci ilin dördüncü rübünün yekunlarına görə, Yunanıstanın borcu ÜDM-un 178,6 faizini təşkil edib. Ardınca siyahıda İtaliya və Portuqaliya gəlir. Bu ölkələrdə borc göstəricisi müvafiq olaraq 131,8 və 125,7 faiz civarındadır.

Avropanın ən az borcu olan dövləti isə Estoniyadır. Estoniyada dövlət borcu ÜDM-un cəmi doqquz faizini təşkil edir.

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255