DÜNYA

Bu ölkədə dollar qıtlığı yarandı
25 APREL
543

Bu ölkədə dollar qıtlığı yarandı

2018-04-25 11:33:00

Tacikistanın valyuta bazarında ABŞ dolları qıtığı yaranıb. 

Məlumata görə, mövcud vəziyyət Tacikistanın iqtisadi baxımdan bağlı olduğu Rusiyada milli valyutanın məzənnəsinin zəifləməsi ilə bağlıdır. Belə ki, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi  sanksiyalarının təsiri ilə Rusiya rublunun ucuzlaşması bu ölkədəki tacik miqranların vətənə göndərdiyi dollar kütləsinin azalmasına səbəb olub. 

Son nəticədə Tacikistanda dolların məzənnəsi bir qədər artaraq 8,8847 somoniyə bərabər olub. Halbuki, təxminən 2 həftə bundan əvvəl Amerika valyutasının məzənnəsi 8,828 somoni olub.

Milli valyutanın dəyərdən düşməsindən sonra Tacikistanın kommersiya banklarından dollar almaq problemə çevrilib. Dollara tələbat kəskin artdığından əksər banklar valyuta satışına 200 dollarlıq limit tətbiq edib, bir qisim banklar isə satışı tamamilə dayandırıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276