DÜNYA

Dünyanı real zamanda izləmək üçün orbital şəbəkə yaradılır
25 APREL
226

Dünyanı real zamanda izləmək üçün orbital şəbəkə yaradılır

2018-04-25 11:07:00

Yeni EarthNow şirkəti orbitdən dünyanın istənilən nöqtəsinin şəklini çəkmək və saniyələr ərzində onun videosunu təqdim etmək imkanına malik olacaq.

Fins.az xəbər verir ki, başqa sözlə, planetin istənilən nöqtəsində real zamanda nə baş verdiyini faktiki olaraq izləmək mümkün olacaq.

Şirkətin investorları arasında AirBus, SoftBank Group şirkətləri, peykəlaqəsi sahəsində veteran Qreq Vayler, eləcə də Bill Gates  yer alır.

Şirkət nümayəndələrinin bildirdiyinə görə, vəsaitlər ilk növbədə, real zamanda Yer kürəsini müşahidə etmək üçün innovativ və unikal xidmət təminatı üzrə sistemin layihəsinin təkmilləşdirilməsinə yönəldilib.

Qreq Vaylerin OneWeb şirkəti artıq siqnalın ötürülməsi zamanı son dərəcə aşağı ləngiməyə malik peykləri kosmosa buraxıb. Onun hədəfi isə artıq 2020-ci ilə genişzolaqlı formatda peyklərin tam şəbəkəsinin yaradılmasıdır. EarthNow şirkəti OneWeb-in texnologiyasının təkmilləşdirilmiş versiyasından istifadə edəcək. 

Ekspertlərin qiymətləndirməsinə əsasən, sistemin ümumi dəyəri təxminən bir milyard dollar təşkil edəcək. Şirkətin əsas məqsədi öz xidmətlərini dövlətlərə və əyləncə xidmətləri sahəsində ixtisaslaşan şirkətlərə təqdim etməkdir.

Şirkət, həmçinin sistemin digər imkanlarını da nəzərdən keçirir. O, meşə yanğınları başladığı anda xəbərdar etmək, vulkan püskürmələrini ilk vaxtdan müşahidə etmək, media vasitələrinə bütün dünyadan hadisələri işıqlandırmağa kömək etmək, balinaların köçünü izləmək, “ağıllı şəhərlərə” daha effektiv olmağa kömək etmək, bütün planet üzrə münaqişə zonalarını müşahidə etmək və s. xidmətlər göstərəcək.

© Xeberler.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9245
  • ₽ RUB
    0.0252