DÜNYA

Əhaliyə məxsus külli miqdarda pul vəsaiti dəyərini itirib
25 APREL
206

Əhaliyə məxsus külli miqdarda pul vəsaiti dəyərini itirib

2018-04-25 10:57:00

Avstriyada tədavüldən çıxmış köhnə əskinasların Avstriya Mərkəzi Bankında dəyişdirilməsi üçün müəyyənləşdirilmiş müddət sona çatıb.

Fins.az xəbər verir ki, 2002-ci ildə Avropa İttifaqının bir sıra ölkələri kimi Avstriyada milli valyuta şillinqdən (ATS) ümumavropa valyutası avroya (EUR) keçid edib. Həmin vaxtdan etibarən, Avstriya Mərkəzi Bankında köhnə əskinasların cari məzənnə ilə avroya dəyişdirilməsi mümkün idi. Bu il aprelin 20-də 500 və 1000 şillinq əskinaslarının banklarda dəyişdirilməsi üçün son müddət başa çatıb.

Avstriya Mərkəzi Bankının aprelin 24-də yaydığı məlumatda bildirilir ki, 9-20 aprel tarixlərində ölkə üzrə təxminən 2900 şəxs hələ də onlarda olan köhnə şillinq əskinaslarını Mərkəzi Bankın səyyar avtobus turlarında dəyişdiriblər. Dəyişdirilən vəsaitin ümumi həcmi 600 min avroya bərabər olub və bu vəsaitin yalnız üçdəbir hissəsi 500 və 1000 şillinq əskinaslarından ibarət olub.

Bununla belə 1,1 milyon ədəd 1000 şillinq əskinası və təxminən 650 min ədəd 500 şillinq əskinası vətəndaşların sərəncamında qalıb. Mərkəzin Bankın hesablamalarına görə, hazırda 107 milyon avro ekvivalentində olan əskinasların böyük həcmi ölkə hüdudlarından kənardadır və pərakəndə şəkildə kolleksiyaçıların və ya əskinasların yekun şəkildə tədavüldən çıxmasından xəbərsiz olan şəxslərin sərəncamındadır.

Avstriya Mərkəzi Bankı dəyərini birdəfəlik itirmiş əskinasların dəyərini – 107 milyon avro vəsaiti Maliyyə Nazirliyinin hesabına köçürüb. Digər nominal dəyərlərdə olan əskinasların dəyişdirilməsi üçün isə heç bir vaxt məhdudiyyəti qoyulmayıb.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276